Operativ Məlumat Mərkəzi

Üzərində gəzdirdiyi odlu silahla qətl törətdi

2 dəq
Paylaş:
Üzərində gəzdirdiyi odlu silahla qətl törətdi

İyunun 10-u saat 23 radələrində Kürdəmir rayonunun Atakişili kəndi ərazisində 1977-ci il təvəllüdlü Məmmədovun odlu silahdan atəş nəticəsində ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Kürdəmir rayon prokurorluğunun "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, aparılmış araşdırma zamanı 1968-ci il təvəllüdlü İslamovun aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi odlu silahdan atəş açmaqla Müşfiq Məmmədovu qəsdən öldürməsinə əsaslı müəyyən edilib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə başlanıb. Cümşüd İslamov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax