Operativ Məlumat Mərkəzi

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri III turun görüşlərini keçirəcək

1 dəq
Paylaş:
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri III turun görüşlərini keçirəcək

Azərbaycanın kişilərdən və qadınlardan milliləri Macarıstanın paytaxtı Budapeştdə olunan 45-ci Ümumdünya Olimpiadasında bu gün III turun görüşlərini keçirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə kişilərdən ibarət Moldova ilə qarşılaşacaq.

Qadınlardan ibarət milli isə Argentina ilə üz-üzə gələcək.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub.

Teymur Rəcəbovun kapitanı olduğu kişilərdən ibarət millidə Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıblar.

Kapitanı Mixail Şereşevski olan qadınlardan ibarət kollektiv isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax