Operativ Məlumat Mərkəzi

Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib

2 dəq
Paylaş:
Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib

“Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukrayna Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin silahlı qiyamına bildirən müşavir qeyd edib ki, tərəflərin razılığa gələrək problemi həll etmələri mümkün olmayacaq: “Kimsə mütləq itirməlidir: “Ya “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin, ya da qarşı tərəf. Rusiyada hər şey yeni başlayır”.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb.

Prezidentin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, güc strukturları Rusiya prezidenti Vladimir Putinə üsyan cəhdi ilə bağlı görülən tədbirlər barədə hesabat verir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax