Əsas məzmuna keç

Ukrayna Baş Qərargahı: "Rusiya son sutkada ölkə ərazisində 60 raket zərbəsi endirib, ölənlər var"

Ukrayna Baş Qərargahı: "Rusiya son sutkada ölkə ərazisində 60 raket zərbəsi endirib, ölənlər var"

“Rusiya son sutkada Ukrayna ərazisinə 60 raket zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananlar var”. “Operativ Məlumat Mərkəzi-OMM''...

son sutkada ərazisinə 60 raket zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananlar var”.

“Operativ Məlumat Mərkəzi-OMM'' xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının cəbhədəki durumla bağlı gündəlik operativ məlumatında qeyd olunub.

Bildirilib ki, Rusiya humanitar hüquqa məhəl qoymur, yaşayış binalarını və infrastrukturu məhv edir:

“Son sutkada müxtəlif istiqamətlərdə qarşı tərəfin 60-a yaxın hücumu dəf edilib. Düşmənin əsas səyləri , Avdivka və Marinka istiqamətlərinə yönəlib. Ən şiddətli döyüşlər Baxmut və Marinka şəhərlərində gedir”.

Məlumata görə, qarşı tərəf döyüş meydanında tibb işçiləri çatışmazlığından əziyyət çəkir:

“Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində işğalçıların cəmləşdiyi ərazilərə 14 zərbə endirib. Həmçinin düşmənin 2 ədəd “Merlin” tipli PUA-sı və 1 ədəd “Orlan-10” tipli kəşfiyyat aparatı, həmçinin “Lanset” tipli 8 kamikadze PUA-sı vurulub. Raket qoşunları və artilleriya bölmələri düşmənin 3 radioelektron döyüş stansiyasını vurub”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…