Əsas məzmuna keç

ÜHST: Azərbaycanda yüksək patogen "quş qripi" xəstəliyi yoxdur

ÜHST: Azərbaycanda yüksək patogen "quş qripi" xəstəliyi yoxdur

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək patogen "quş qripi" xəstəliyindən azadolma statusunu təsdiqləyib. Bu barədə "Operativ...

Ümumdünya Sağlamlığı Təşkilatı (ÜHST) Azərbaycanın yüksək "quş " xəstəliyindən azadolma statusunu təsdiqləyib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, təşkilat AQTA-nın ölkədə heyvan sağlamlığını və bioloji təhlükəsizliyi təmin etmək, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması istiqamətində gördüyü kompleks tədbirləri nəzərə alıb. Artıq Azərbaycanla bağlı məlumatlar ÜHST-nin rəsmi internet səhifəsində yayımlanıb.

Xatırladaq ki, yüksək patogen quş qripi insanlar üçün də təhlükəli olan, virus mənşəli zoonoz infeksiyalardan biridir. Hazırda dünyanın 50-dən çox ölkəsində xəstəliyin aktiv ocaqları mövcuddur.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…