Operativ Məlumat Mərkəzi

Türkiyənin altı hərbçisi şəhid olub

1 dəq
Paylaş:
Türkiyənin altı hərbçisi şəhid olub

Dekabrın 23-də İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub, bir nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xidməti məlumat yayıb.

“23 dekabr 2023-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazimizə sızmağa terrorçularla baş vermiş qarşıdurmada altı şəhid olub, bir qəhrəman silahdaşımız isə yaralanıb.

İlkin məlumata görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə təmas davam edir. Müəyyən edilmiş hədəflərə qarşı ani hava əməliyyatları da həyata keçirilir”, – məlumatda diqqətə çatdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax