Operativ Məlumat Mərkəzi

Türkiyəli deputat: "Azərbaycan demokratiyasına dil uzadan təşkilatlar dönüb özlərinə baxsınlar"

2 dəq
Paylaş:
Türkiyəli deputat: "Azərbaycan demokratiyasına dil uzadan təşkilatlar dönüb özlərinə baxsınlar"

Avropa İttifaqı (Aİ) daxil olmaqla demokratiyasına dil uzadan bəzi söz demədən əvvəl dönüb özlərinə baxsınlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Parlamentinin nümayəndə heyətinin üzvü İsmayıl Özdəmir Azərbaycanda növbədənkənar seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa, dünyanın sülh və sabitliyi Azərbaycanın sülh və sabitliyindən keçir: "Onlar Azərbaycan xalqının iradəsini təqdir etmək məcburiyyətindədirlər. Azərbaycan ictimaiyyətini təbrik edirəm. İlham Əliyevin necə doğru iş gördüyünü bu seçkilərin nəticəsi göstərdi".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax