Əsas məzmuna keç

Türkiyəli deputat: "Azərbaycan demokratiyasına dil uzadan təşkilatlar dönüb özlərinə baxsınlar"

Türkiyəli deputat: "Azərbaycan demokratiyasına dil uzadan təşkilatlar dönüb özlərinə baxsınlar"

bu barədə Türkiyə Parlamentinin nümayəndə heyətinin üzvü İsmayıl Özdəmir Azərbaycanda növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın...

Avropa İttifaqı (Aİ) daxil olmaqla demokratiyasına dil uzadan bəzi söz demədən əvvəl dönüb özlərinə baxsınlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Parlamentinin nümayəndə heyətinin üzvü İsmayıl Özdəmir Azərbaycanda növbədənkənar seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa, dünyanın sülh və sabitliyi Azərbaycanın sülh və sabitliyindən keçir: "Onlar Azərbaycan xalqının iradəsini təqdir etmək məcburiyyətindədirlər. Azərbaycan ictimaiyyətini təbrik edirəm. İlham Əliyevin necə doğru iş gördüyünü bu seçkilərin nəticəsi göstərdi".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…