Operativ Məlumat Mərkəzi

Türkiyəli atletlər ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyiblər

2 dəq
Paylaş:
Türkiyəli atletlər ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyiblər

İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli ağır ölkəmizdə növbəti tədbirə qatılıblar.

Ağır Atletika Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, 28-29 aprel tarixlərində Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatını tribunadan izləyiblər.

Onlar tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb, böyük dəstək alıblar. Maraqlı mübarizə şəraitində keçən yarışdan razı qalan türkiyəli qonaqlar, təşkilatçılıqdan məmnunluğunu bildirib, turnirin Avropa standartları ilə keçirildiyini qeyd ediblər.

Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü 67 kq çəki dərəcəsində medal qazanan atletlərin mükafatlandırma mərasimində iştirak edib, qalib Tehran Məmmədovun qızıl medalını təqdim edib.

Sonda Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən idmançılar və federasiya nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

Türkiyə Ağır Atletika Federasiyası da öz növbəsində qarşı tərəfə xatirə plaketləri təqdim edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax