Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyədə tarixi əsərləri xarici muzeylərə satmaqda şübhəli bilinən 47 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Türkiyədə tarixi əsərləri xarici muzeylərə satmaqda şübhəli bilinən 47 nəfər saxlanılıb

Türkiyədə tarixi əsərləri oğurlayaraq xaricə satmaqda şübhəli mütəşəkkil dəstə üzvləri saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, 24 vilayətdə həyata keçirilən “Define-1” əməliyyatı çərçivəsində tarixi əsərləri xaricdəki muzeylərə satmaqda şübhəli bilinən, tarixi əsər qaçaqmalçılığı ilə məşğul olan 47 nəfər tutulub.

Məlumata görə, əməliyyatlar İzmir, Ankara, Adana, Antalya, Balıkesir, Bursa, Denizli, Eskişehir, Hatay, İsparta, İstanbul, Karaman, Konya, Manisa, Mersin, Muğla, Nevşehir, Osmaniye, Sakarya, Samsun, Sivas, Tekirdağ, Trabzon və Aydın vilayətlərində keçirilib.

Nazir qeyd edib ki, tarixi Avropa və ABŞ-dəki muzeylərə satılıb.

nəticəsində 6 min 325 sikkə, 997 əşya, 5 detektor, 2 sənədsiz tüfəng, 1 sənədsiz tapança və çoxlu sayda patron ələ keçirilib.

A.Yerlikaya qeyd edib ki, tarixi əsərləri xaricə satan bütün qaçaqmalçıları zərərsizləşdirməkdə qərarlıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax