Operativ Məlumat Mərkəzi

Türkiyədə CHP-nin İstanbuldakı qurultayı ilə bağlı gərginlik yaşanır

2 dəq
Paylaş:
Türkiyədə CHP-nin İstanbuldakı qurultayı ilə bağlı gərginlik yaşanır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul qurultayı başlayandan bir saat sonra məhkəmənin tələbindən sonra tədbirin keçirildiyi salona polislər gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" mediasına istinadən xəbər verir ki, İstanbul Valiliyinə və Dairə Komissiyasına məktub göndərərək qurultayın təxirə salınmasını tələb edib.

Bunda sonra Mərkəzi Seçki Komissiyası növbədənkənar iclas keçirməyə verib.

Qeyd edək ki, CHP-nin İstanbul rəhbərliyi ilə bağlı müzakirələr 2023-cü il qurultayında başlayıb. Özgür Çelik CHP-nin 8 oktyabr 2023-cü ildə keçirilən İstanbul qurultayında sədr seçilib. Lakin qurultaydan sonra “səslərin saxtalaşdırılması” ittihamları meydana çıxıb. Məhkəmə ehtiyat tədbiri olaraq konqresdə seçilmiş sədr və heyəti üzvlərinin vəzifədən uzaqlaşdırılması və müvəqqəti idarə heyətinin təyin edilməsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Gürsel Tekin sədr vəzifəsinə təyin edilib. CHP rəhbərliyinin bu qərara sərt reaksiyası Sarıyerdəki qərargahı ətrafında polislə partiya üzvləri arasında gərginliyə səbəb olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax