Operativ Məlumat Mərkəzi

Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

2 dəq
Paylaş:
Türkiyə Qəzzada səhra xəstəxanası quracaq

Türkiyəli mütəxəssislərdən səhra xəstəxanasının qurulması üçün işləri aparmaq məqsədilə Qəzza zolağına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə bildirib.

“Bu səhər heyət Misir vasitəsilə Qəzzaya gəlib. Onlar Qəzzada qurmaq niyyətində olduğumuz səhra xəstəxanasının yaradılması planlarının bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma hazırlayacaqlar”, - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, Ankara xəstəxananı tez bir zamanda istifadəyə verməyi planlaşdırır və bununla bağlı vaxt nümayəndə heyətinin işinin nəticələrindən asılı olacaq.

Xatırladaq ki, noyabrın 23-də Türkiyənin səhiyyə naziri Fahrettin Koca Qəzzada səhra xəstəxanasının qurulması ilə bağlı Misir və İsraillə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Misirə səfər edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax