Operativ Məlumat Mərkəzi

Türkiyə parlamentinə yeni seçilən deputatların and içəcəyi tarix açıqlanıb

1 dəq
Paylaş:
Türkiyə parlamentinə yeni seçilən deputatların and içəcəyi tarix açıqlanıb

parlamentinə yeni millət vəkilləri iyunun 2-də and içəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Miliyyətçi Partiyası (MHP) sədrinin müavini Feti Yıldız bildirib.

Onun sözlərinə görə, Xalq Partiyasının (CHP) sədri, prezidentliyə namizəd Kemal Kılıçdaroğlu millət vəkili seçilmədiyi üçün toxunlmazlığı da sona çatıb: “Onun barəsində qəbul edilən qərarlar Konstitusiya və Komissiyasının rəflərində gözləyir”.

Mayın 14-də Türkiyədə parlament və prezidenti seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya 43 deputat yeri qazanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax