Operativ Məlumat Mərkəzi

Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub

1 dəq
Paylaş:
Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub

Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərliyi ilə ölkənin MMU-nun Hava və Hərbi institutlarının rəhbər heyətləri, müəllimləri, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olublar.

Keçirilən görüşlərdə Türkiyə nümayəndə heyətinə Azərbaycan HHQ və HDQ-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, brifinqlər təqdim olunub.
Plana uyğun olaraq, qonaqlar HHQ-nin “N” hərbi hissəsini ziyarət edib, həmçinin HDQ-nin dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkiblər.
Səfər zamanı qardaş ölkənin nümayəndə heyətini maraqlandıran bütün suallar cavablandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax