Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub

Türkiyə nümayəndə heyəti Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olub
14.05.2025 11:42
Aa
dəq

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərliyi ilə qardaş ölkənin MMU-nun Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyətləri, müəllimləri, "Qərargahın idarə olunması kursu"nun dinləyicilərinin ölkəmizə səfəri davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində olublar.

Keçirilən görüşlərdə Türkiyə nümayəndə heyətinə Azərbaycan HHQ və HDQ-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib, brifinqlər təqdim olunub.
Plana uyğun olaraq, qonaqlar HHQ-nin “N” hərbi hissəsini ziyarət edib, həmçinin HDQ-nin dəniz əməliyyatları mərkəzinə və döyüş gəmilərinə baş çəkiblər.
Səfər zamanı qardaş ölkənin nümayəndə heyətini maraqlandıran bütün suallar cavablandırılıb.

Həftənin ən çox oxunanları