Operativ Məlumat Mərkəzi

Türkiyə Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırır

2 dəq
Paylaş:
Türkiyə Ermənistanı dəqiq mina xəritələrini Azərbaycana təhvil verməyə çağırır

Ermənistanı işğalından azad ərazilərdəki mina sahələrinin xəritələrini Azərbaycana verməyə çağırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə yaydığı bəyanatda qeyd olunub.

Qeyd edilib ki, BMT Baş Assambleyası dünya ictimaiyyətinin diqqətini mina təhlükəsinə cəlb etmək üçün aprelin 4-nü “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” elan edib:

“Ankara uzun müddət minalarla çirklənmə ilə bağlı ciddi təhlükələrlə üzləşmiş Əfqanıstanın, eləcə də işğaldan azad edilmiş ərazilərində hələ də dəqiq yeri bilinməyən çoxlu minaların olduğu Azərbaycanın narahatlığını bölüşür. Biz Ermənistanı Azərbaycana dəqiq mina xəritələrini verməyə çağırırıq”, - bildirilib.

O da vurğulanıb ki, Türkiyə mina təhlükəsi ilə mübarizə aparan ölkələrə dəstəyini bundan sonra da davam etdirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax