Operativ Məlumat Mərkəzi

“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik

2 dəq
Paylaş:
“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik

Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “”a daxil olarkən istifadəçilərinə yeni seçim imkanı təklif edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb.

Yeniliklə Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi adres olaraq karqo şirkətinin deyil, öz ev ünavanı qeyd edərək, məhsulu birbaşa evdə təhvil ala bilər.

Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılma xidməti yox idi.

Belə ki, indiyədək vətəndaşlar üçün Azərbaycan karqo şirkətlərinin anbarını yazırdı, mal həmin anbara daxil olduqdan sonra ölkəyə göndərilirdi.

Bununla belə vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də “təslim al” bölməsini seçə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax