Operativ Məlumat Mərkəzi

Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Rusiyaya səfər edə bilər

2 dəq
Paylaş:
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Rusiyaya səfər edə bilər

ABŞ-nin yeni Prezidenti Trampın üzrə xüsusi nümayəndəsi Kit Kelloq Rusiyaya səfər etməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbələr qeyd edir ki, K.Kelloq yanvarda Kiyevə səfər etməyi planlaşdırır, həmçinin London, Paris və Romaya səfərlər də nəzərdə tutulur. Moskvaya səfər hər hansı konkret siyasi məqsədlə deyil, "məlumat toplamaq" üçün həyata keçiriləcək.

D.Tramp noyabrın 27-də K.Kelloqun öz köməkçisi və ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb. K.Kelloq Ukraynada münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Onun aprel ayında dərc etdiyi plan Moskvanın sülh sazişini qəbul etməsi şərtilə sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını və Rusiya ilə münasibətlərin normallaşdırılmasını, həmçinin Kiyevə zəmanətləri verilməklə Ukraynanın NATO-ya üzvlüyü məsələsinə baxılmasının təxirə salınmasını nəzərdə tutur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax