Əsas məzmuna keç

“Trampın Qəzza planı unikal fürsət pəncərəsidir”

“Trampın Qəzza planı unikal fürsət pəncərəsidir”

Hollandiyanın xarici işlər naziri David Van Veel ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsini bitirməyə yönəlmiş planını “unikal fürsət pəncərəsi”...

Hollandiyanın naziri David Van Veel ABŞ prezidenti Trampın müharibəsini bitirməyə yönəlmiş planını “ fürsət pəncərəsi” adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Qahirədə Misirin xarici işlər naziri Bədr Abdelatti ilə birgə konfransında çıxış edən Van Veel bildirib ki, bu plan uzun illərdir davam edən münaqişəyə son qoya bilər.

O, həmçinin Qəzzaya humanitar yardımların saxlanıldığı Şimali Sinay bölgəsindəki Ariş şəhərinə və Rəfah sərhəd-keçid məntəqəsinə baş çəkib.

Qahirədə aparılan danışıqlar 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra başlayan və on minlərlə insanın həyatına son qoyan müharibəyə son vermək istiqamətində ən ümidverici proses kimi qiymətləndirilir.

Danışıqlara yaxın mənbələr bildiriblər ki, Misirdə İsrail və HƏMAS nümayəndələri ilə dolayısı təmaslar “müsbət atmosferdə” davam edir, lakin tərəflər hələlik sürətli razılaşma perspektivinə ehtiyatla yanaşırlar.

Qəzza səhiyyə orqanlarının məlumatına görə, iki illik münaqişə nəticəsində 67 mindən çox fələstinli həlak olub, bölgədə humanitar böhran dərinləşib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…