Operativ Məlumat Mərkəzi

ABŞ-nin Ukrayna planı ordunu hazırkı səviyyənin 40%-nə endirməyi nəzərdə tutur

2 dəq
Paylaş:
ABŞ-nin Ukrayna planı ordunu hazırkı səviyyənin 40%-nə endirməyi nəzərdə tutur

Amerika administrasiyasının Ukraynadakı münaqişəni həll etmək üçün hazırladığı plan Ukrayna Silahlı Qüvvələrinin sayını hazırkı səviyyəsinin 40%-nə endirməyi nəzərdə tutur.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Britaniyanın "The Economist" jurnalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, plan Ukrayna ordusunun sayını 2,5 dəfə azaltmağı nəzərdə tutur.

Jurnal həmçinin "The Daily Telegraph" qəzetinin Ağ Evin təkliflərini Ukraynadakı korrupsiya qalmaqalına cavab olaraq təqdim etdiyini təsdiqləyib. Bu qalmaqalın isə prezident Vladimir Zelenskinin mövqeyini zəiflətdiyi qeyd olunur.

"The Economist" planın Tramp administrasiyasının birgə işi nəticəsindəmi, yoxsa ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkovun şəxsi təşəbbüsü iləmi hazırlandığı barədə hələ məlumatın dəqiqləşmədiyini bildirir.

Rusiya tərəfi isə bu xəbərləri rəsmən təsdiqləməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çərşənbə günü TASS-a bildirib ki, Moskva ABŞ-dan Ukrayna ilə bağlı hər hansı rəsmi “razılaşmalar” barədə məlumat almayıb. Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Moskva və Vaşinqton Ukrayna münaqişəsinin həllində Alyaskada prezidentlər Vladimir Putin və Donald Tramp arasında əldə edilmiş razılaşmalarla müqayisədə heç bir yeni razılaşma üzərində işləmirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər