Əsas məzmuna keç

Trampa həmin qələmi hədiyyə etdi

Trampa həmin qələmi hədiyyə etdi

bu barədə Cənubi Koreyanın “Hankook Kyungje” qəzetində məlumat yayılıb. Bildiirlib ki, Tramp qələmin xoşuna gəldiyini deyib və Koreya Prezidenti həmin...

ABŞ Prezidenti Tramp Ağ Evdə keçirilən görüş zamanı Prezidenti Li Çje Menin bəyənib və həmin qələmi hədiyyə olaraq alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Hankook Kyungje” qəzetində məlumat yayılıb.

Bildiirlib ki, Tramp qələmin xoşuna gəldiyini deyib və Koreya Prezidenti həmin qələmi ona təqdim edib.

Qələm xüsusi olaraq Li üçün əl işi ilə hazırlanıb və rəsmi tədbirlərdə imza atması üçün nəzərdə tutulub. Qələmin hədiyyə verilməsi əvvəlcədən planlaşdırılmamışdı.

Bundan əlavə, Ağ Evdəki görüşdən sonra Cənubi Koreyanın dəftərxana ləvazimatları istehsalçısı “Monami”nin səhmləri 23 faiz artıb. Lakin şirkətin nümayəndəsi Trampa hədiyyə edilən qələmin onların istehsalı olmadığını bildirib.

Xatırladaq ki, Tramp və Li Çje Menin Ağ Evdəki görüşü 25 avqustda baş tutub. Görüş zamanı ABŞ Prezidenti bildirib ki, Vaşinqton ilə Cənubi Koreya arasındakı gərginliyin azaldılması üçün çalışacaq və iki ölkə liderlərinin sammitinin təşkilini təklif edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…