Operativ Məlumat Mərkəzi

Tramp Rusiyanı da hədələdi

2 dəq
Paylaş:
Tramp Rusiyanı da hədələdi

ABŞ Prezidenti Tramp rusiyalı həmkarı Vladimir Putindən çox məyus olduğunu bildirib və ilə razılaşmaların əldə edilməsi üçün müəyyən etdiyi 50 günlük müddəti azaltmaqla hədələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə “SkyNews”a istinadən xəbər verir.

"Əgər mən yanınızda olmasaydım, sizin altı böyük müharibəniz olardı. Bizim müzakirələrimiz olub, siz (Britaniyanın Kir Starmer) və mən müzakirələr aparmışıq, biz bu məsələni artıq bir neçə dəfə həll etdiyimizi düşünürdük. Sonra Putin hansısa şəhərə, məsələn, Kiyevə raketlər atmağa başlayır", - ABŞ lideri əlavə edib.

ABŞ Prezidenti Vladimir Putindən çox məyus olduğunu vurğulayıb.

"Baxmalı olacağıq, mən ona verdiyim 50 günü daha az günə qısaltmaq istəyirəm, mən artıq cavabı bildiyimi düşünürəm", - o əlavə edib.

Daha əvvəl iyul ayının əvvəlində Tramp Ukraynada müharibənin dayandırılması barədə 50 gün ərzində razılaşma əldə edilməzsə, Rusiyaya qarşı təxminən 100 % sərt tariflər tətbiq edəcəyi ilə hədələmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax