Operativ Məlumat Mərkəzi

Tramp: Putinlə danışıqlar zamanı böyük irəliləyiş əldə etmək mümkün oldu

2 dəq
Paylaş:
Tramp: Putinlə danışıqlar zamanı böyük irəliləyiş əldə etmək mümkün oldu

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra “Fox News” kanalına müsahibə verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp müsahibəsi zamanı bir neçə əsas məqama toxunub.

O bildirib ki, böhranının həlli üzrə razılığın əldə olunmasının mümkünlüyü indi Volodimir Zelenskidən və ölkələrindən asılıdır.

Tramp həmçinin bildirib ki, Zelenski Rusiya ilə münaqişədə itirəcəyi çox şey olduğunu qəbul etməlidir.

Bundan başqa Tramp Rusiyanı Ukraynadan fərqli olaraq qüdrətli dövlət hesab etdiyini bildirib və Kiyevə razılaşma əldə etməyi tövsiyə edib.

“Putinlə zamanı böyük əldə etmək mümkün oldu. Ukraynada böhranın həlli üzrə sazişin bağlanması kifayət qədər yüksək ehtimal var. Avropa ölkələri də Ukrayna böhranının həllində iştirak etməlidir.”, - Tramp deyib.

O həmçinin bildirib ki, Ukraynadakı münaqişənin başa çatması həm Putin, həm də Zelenski üçün mühüm nailiyyət olacaq.

Tramp Putinlə Zelenski arasında keçiriləcək görüşdə də iştirak edə biləcəyini deyib.

Sonda Tramp Rusiyanın böyük nüvə potensialı olduğunu və bununla hesablaşmaq lazım olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax