Operativ Məlumat Mərkəzi

Tramp Müdafiə Nazirliyinin adını dəyişdirir

2 dəq
Paylaş:
Tramp Müdafiə Nazirliyinin adını dəyişdirir

ABŞ Prezidenti Trampın ordunun daha sərt bir imicə sahib olması məqsədilə Müdafiə Nazirliyinin (Pentaqon) adını "Müharibə Nazirliyi" olaraq dəyişdirməyə dair imzalayacağı bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Amerika mediasına açıqlama verən yüksək səviyyəli bir Ağ Ev rəsmisi, Trampın bu məsələ ilə bağlı bir görüş keçirərək adı fərmanı imzalayacağını bildirib.

ABŞ qanunlarına görə, Konqresdən keçəcək bir qanun olmadan Müdafiə Nazirliyinin adını dəyişə bilməz. Buna görə də Trampın imzalayacağı fərman ilə nazirliyin adının "Müharibə Nazirliyi" olaraq dəyişdirilməsi ilə bağlı bütün proseslərin başladılması və Pentaqonun da lazım olan hazırlıqları görməsi gözlənilir.

Ağ Evin jurnalistlərə göndərdiyi gündəlik proqramda Trampın cümə günü günortadan sonra bir açıqlama verəcəyi qeyd olunub, lakin bu açıqlamanın mövzusu paylaşılmayıb.

Müharibə Nazirliyi, ABŞ Konstitusiyasının qüvvəyə mindiyi 1789-cu ildə qurulmuşdu, İkinci Dünya Müharibəsinin başa çatmasından iki il sonra, 1947-ci ildə qəbul edilən qanunla adı olaraq dəyişdirilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax