Operativ Məlumat Mərkəzi

Tovuzda mağazada istehlaka yararsız məhsullar aşkarlanıb

1 dəq
Paylaş:
Tovuzda mağazada istehlaka yararsız məhsullar aşkarlanıb

Tovuzda ərzaq mağazasında istehlaka yararsız aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən Tağıyeva Xəyalə Akif qızına məxsus ərzaq satışı mağazasında plandankənar yoxlama keçirilib.

Baxış zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq bitmiş məhsulların satışının həyata keçirildiyi məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib və saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax