Əsas məzmuna keç

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub - YENİLƏNİB

Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub - YENİLƏNİB

polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar. Onlarla profilaktik...

Tovuzda 14 qızına toy edən şəxs ögey ata olub.

"Operativ Məlumat Mərkəzi-OMM" məlumatına görə, ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman əməkdaşları tərəfindən qarşısı alınıb.

Hazırda araşdırma aparılır.

***

Tovuz Rayon Polis Şöbəsinə rayonunun Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…