Operativ Məlumat Mərkəzi

"TikTok"da onlayn yolla dələduzluq edən şəxs tutulub

2 dəq
Paylaş:
"TikTok"da onlayn yolla dələduzluq edən şəxs tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yolla etməkdə şübhəli şəxs tutulub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Daxili İşlər Nazirliyinin Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, rayon sakini bir qadın polisə müraciət edərək "Tik-tok" sosial şəbəkəsində qızıl alqı-satqısı adı altında qeydiyyatda olan səhifənin admininə 50 qram qızıl almaq məqsədi ilə 2800 manat pul göndərməsi və daha sonra həmin şəxsin onu aldadaraq pulunu dələduzluqla ələ keçirməsi barədə məlumat verib. Məlumatla əlaqədar müvafiq araşdırmalara başlanılıb, əhəmiyyət kəsb edən sübutlar aşkar edilib.

Keçirilən tədbiri ilə qeyd edilən dələduzluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kənan Bağırov müəyyən olunub. Həmçinin K.Bağırovun Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə axtarışda olduğu da aşkar edilib.

O, aidiyyəti üzrə axtarışda olduğu polis idarəsinə təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax