Operativ Məlumat Mərkəzi

Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb

1 dəq
Paylaş:
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb

rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Minatəmizləmə Agentliyinin (ANAMA) xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", - birgə məlumatda vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax