Operativ Məlumat Mərkəzi

Tələbələrimizin cənazələrinin Azərbaycana gətirilmə vaxtı dəqiqləşdi

1 dəq
Paylaş:
Tələbələrimizin cənazələrinin Azərbaycana gətirilmə vaxtı dəqiqləşdi

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş zəlzələdə olan tələbələrin cənazələrinin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlanılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi - OMM"-nin sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin (XİN) idarəsinin rəisi Ayxan Hacızadə bildirilib.

A.Hacızadə qeyd edib ki, cənazələrin bu gecə saat 02:00 radələrində ölkəyə gətirilməsi nəzərdə tutulub: "Müəyyən prosedur qaydaları var ki, bunların icra edilməsi üçün meyitlər əvvəlcə Malatyadan İstanbula aparılacaq. İstanbuldan Ankaraya, daha sonra Azərbaycana gətiriləcək".

XİN rəsmisi bir daha azərbaycanlı tələbələrin ailələrinə səbir diləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax