Operativ Məlumat Mərkəzi

“Təcili dəstək üçün dünya ictimaiyyətinə çağırış edirik”

2 dəq
Paylaş:
“Təcili dəstək üçün dünya ictimaiyyətinə çağırış edirik”

Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) sözçüsü Babar , Əfqanıstanda 1000-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra humanitar müdaxilə imkanlarının tükəndiyini bildirərək, yardım üçün miqyasında etdiklərini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Baloch BMT-nin Cenevrə ofisində keçirilən həftəlik konfransında vəziyyəti dəyərləndirib.

O, 31 avqustda Əfqanıstanda baş verən zəlzələdən sonra BMTQAK-nın zərərçəkən icmalara yardım üçün bütün resurslarını səfərbər etdiyini bildirib. Bəzi kəndlərin tamamilə dağıldığını və ölkənin şərq bölgəsinin zəlzələdən ən çox zərər gördüyünü qeyd edib.

Baloch əlavə edib: “Sağ qalan insanlar evlərinin dağıldığını gördü və gecəni çöldə keçirdilər. Zərərçəkən bölgələr ucqardır. Hələ də dağıntılar altında qalan çox sayda insanın olduğu düşünülür. Gələcək günlərdə ölüm sayının artacağı proqnozlaşdırılır.”

O həmçinin bildirib ki, insanlar yaxınlarının yasını saxlayarkən səhiyyə xidmətləri kifayət etmir və əsas infrastrukturun olmaması xilasetmə əməliyyatlarına mane olur.

Əfqan xalqına kömək etmək və daha böyük faciələrin qarşısını almaq üçün təcili humanitar yardıma ehtiyac olduğunu vurğulayan Baloch, ehtiyatların və müdaxilə imkanlarının tükəndiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax