Operativ Məlumat Mərkəzi

TƏBİB Qənirə Paşayevanın vəziyyəti ilə bağlı məlumat yayıb

2 dəq
Paylaş:
TƏBİB Qənirə Paşayevanın vəziyyəti ilə bağlı məlumat yayıb

Sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına Paşayeva Qənirə Ələsgər qızı üçün daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, briqada qısa müddətdə çağırış ünvanına çatıb, zəruri ilkin yardım göstərilib:

"Q.Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər tərəfindən Q.Paşayevanın xəstəxana şəraitində müalicəsi məsləhət görülüb. Ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən millət vəkili Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax