Operativ Məlumat Mərkəzi

TƏBİB-in nizamnamə fondu 100 000 manat olacaq

2 dəq
Paylaş:
TƏBİB-in nizamnamə fondu 100 000 manat olacaq

TƏBİB-in nizamnamə fondunun məbləği 100 000 manat məbləğində müəyyənləşib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”ndə yer alıb.

Sənədə əsasən TƏBİB-in əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən və icbari fondundan ayrılan vəsaitdən, fəaliyyətindən əldə gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

TƏBİB öz əmlakından yalnız bu Nizamnamədə olunmuş məqsədlərə uyğun istifadə edir. TƏBİB balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax