Əsas məzmuna keç

TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

TƏBİB Gəncədə baş verən avtobus qəzasında xəsarət alanların vəziyyətini açıqlayıb

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar 23.10.2023-cü il tarixində saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş...

şəhərində baş verən hadisə ilə əlaqədar 23.10.2023-cü il tarixində saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə çağırış daxil olub.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"Ə bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…