Operativ Məlumat Mərkəzi

TDT ölkələrinin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək

2 dəq
Paylaş:
TDT ölkələrinin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək

Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclası Şuşada keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclasında yekun sənəd - Bəyannamə qəbul edilib.

Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və yardımın göstərilməsi öz əksini tapıb.

Həmçinin yoluxucu xəstəliklərlə mübarizə üzrə TDT-nin birgə Fəaliyyət Planı layihəsinin hazırlanması, Təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdən keçirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən sahəsində verilmiş diplomların qarşılıqlı tanınması daxil edilib.

Bundan əlavə, Bəyannamə TDT-yə üzv və müşahidəçi dövlətlərin iştirakı ilə sağlamlıq turizmi sahəsində birgə şəbəkənin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.

Həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının keçiriləcəyi məkanla bağlı bir sıra təkliflər daxil olub. Baş katib Ömüralıyev Səmərqənd Bəyannaməsinə əsasən TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Azərbaycanın Şuşa şəhərində keçiriləcəyini elan edib. Kubanıçbek Ömüralıyev tədbirin 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı olan Şuşada uğurla keçiriləcəyinə əminliyini də bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax