Operativ Məlumat Mərkəzi

TBMM zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya yaradıb

2 dəq
Paylaş:
TBMM zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya yaradıb

Böyük Məclisində (TBMM) şəhərində ötən ay bir-birinin ardınca baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin nəticələrinin araşdırılması üçün Zəlzələnin nəticələrini Araşdırma Komissiyasının yaradılması qərara alınıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir.

Parlamentdə Kahramanmaraşda baş vermiş zəlzələlərin nəticələrinin hərtərəfli araşdırılması, zəlzələyə davamlı bina fondunun yaradılması və tədbirlər görmək məqsədilə Türkiyə Böyük Millət Məclisinin sədrliyinə təqdim edilən təkliflər müzakirə olunub. Müzakirələr zamanı millət vəkilləri bir sıra təkliflərlə çıxış ediblər.

Qeyd edək ki, fevralın 6-da ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. 45 089 nəfərin ölümünə səbəb olub. Güclü zəlzələdən sonra indiyə qədər 11 020 afterşok qeydə alınıb. Eyni zamanda zəlzələ bölgəsindən 1 971 589 şəxs təxliyə edilib.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Zəlzələ Suriyada da böyük dağıntı və minlərlə itkiyə səbəb olub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax