Operativ Məlumat Mərkəzi

Tank bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir

1 dəq
Paylaş:
Tank bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir

2023-cü ilin planına uyğun olaraq Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə keçirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələlərə başlamazdan əvvəl heyət üzvlərinə qaydaları çatdırılıb.

Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib.

Tankçılarımız döyüş maşınlarının idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax