Operativ Məlumat Mərkəzi

Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

2 dəq
Paylaş:
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

Milli mətbuatımızın 150 illiyi münasibətilə Şuşa şəhərində keçiriləcək “Rəqəmsal keçidlər: dövründə informasiya və dayanıqlılığının gücləndirilməsi” adlı Forumun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, forum iştirakçıları təyyarə ilə Füzuli Hava Limanına gəliblər.

Qeyd edək ki, 3-cü Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı gözlənilir. Forumun iştirakçıları arasında media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

Açılış mərasimindən sonra Forum işini sessiyalarla davam etdirəcək.

Forum iyulun 21-dək davam edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax