Operativ Məlumat Mərkəzi

Suraxanıda 6 ədəd "iPhone"u oğurlandı - FOTO

2 dəq
Paylaş:
Suraxanıda 6 ədəd "iPhone"u oğurlandı - FOTO

Suraxanı rayonunda kuryerin avtomobilinin şüşəsini 6 ədəd son model “İphone” markalı mobil oğurlayan şəxs saxlanılıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində vətəndaşlardan birinin avtomobilinin şüşəsi sındırılaraq vasitəsinin salonundan 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlanıb.

Suraxanı Rayon İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri zamanı hadisəni törətməkdə şübhəli bilinən Ozal Orduxanlı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, bu şəxs mobil telefonları almaq adı ilə onlayn yolla mağazalardan birinə sifariş verib.

Telefonları gətirən kuryer onunla əlaqə saxlayan zaman Ozal Orduxanlı telefonların pulunu vermək adı ilə onu Qaraçuxur qəsəbəsində özünün yaşamadığı evlərdən birinə dəvət edib. Kuryer yuxarı mərtəbədəki mənzilə qalxan zaman kənarda pusquda dayanan Ozal Orduxanlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq oğurluq edib. Faktla bağlı arşadırmalar davam etdirilir. Ozal Orduxanlının paytaxt ərazisində analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax