Suraxanıda 6 ədəd "iPhone"u oğurlandı - FOTO

Suraxanıda 6 ədəd "iPhone"u oğurlandı - FOTO
13.02.2023 12:21
Aa
dəq

Suraxanı rayonunda kuryerin avtomobilinin şüşəsini sındıraraq 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlayan şəxs saxlanılıb.

DİN-dən "Operativ Məlumat Mərkəzi - OMM"-yə verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində vətəndaşlardan birinin avtomobilinin şüşəsi sındırılaraq nəqliyyat vasitəsinin salonundan 6 ədəd son model “İphone” markalı mobil telefon oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Ozal Orduxanlı saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, bu şəxs mobil telefonları almaq adı ilə onlayn yolla mağazalardan birinə sifariş verib.

Telefonları gətirən kuryer onunla əlaqə saxlayan zaman Ozal Orduxanlı telefonların pulunu vermək adı ilə onu Qaraçuxur qəsəbəsində özünün yaşamadığı evlərdən birinə dəvət edib. Kuryer yuxarı mərtəbədəki mənzilə qalxan zaman kənarda pusquda dayanan Ozal Orduxanlı nəqliyyat vasitəsinin şüşəsini sındıraraq oğurluq edib. Faktla bağlı arşadırmalar davam etdirilir. Ozal Orduxanlının paytaxt ərazisində analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Həftənin ən çox oxunanları

Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb

Bakıda
DAVAMIN OXU davamın oxu

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb

Yardımlıda narkokuryerlərdən 15 kiloqram marixuana aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub

Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunub
DAVAMIN OXU davamın oxu

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu