Operativ Məlumat Mərkəzi

Sumqayıtda yük avtomobili yanıb

1 dəq
Paylaş:
Sumqayıtda yük avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” xəttinə şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “Kamaz” markalı yük avtomobilinin kabinasında baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax