Operativ Məlumat Mərkəzi

Sumqayıtda silahlı şəxs tutulub

1 dəq
Paylaş:
Sumqayıtda silahlı şəxs tutulub

Sumqayıtda silahlı şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, Şəhər Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri tədbiri nəticəsində İnşaatçılar qəsəbə sakini, məhkum olunmuş Ərəstun Zülfüqarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Araşdırmalarla onun odlu silah gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində taxta sexlərinin birində gizlətdiyi nömrəsi silinmiş “Baykal” markalı tapança və 176 ədəd patron da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax