Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən Zahir Rəhimov, İlqar Səfərov, Bayram Təhməzov, Cövlan Kərimov və dəstə üzvü olan bir qadın saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, onlar mənzillərdən 13 000 manat və zinət əşyalarını ələ keçirərək aralarında bölüblər.
Bundan əlavə, saxlanılan şəxslərin Sumqayıt şəhəri ərazisində yerləşən daha iki evdən də oğurluq etdikləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.
Sumqayıt və Ucarda oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Oxşar xəbərlər
Eyni mövzuda
Daha çox: Kriminal
Kriminal
Nigeriyalıların qanunsuz sərhəd keçmə cəhdinin qarşısı alındı
Kriminal
Astara gömrükçüləri İrandan gələn yükdə 22 kiloqramdan çox marixuana aşkar edib
Kriminal
Qanunsuz onlayn kazino fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıb
Kriminal