Operativ Məlumat Mərkəzi

Fələstin rəsmiləri BMT-ni İsrailin təcavüzünü dayandırmağa çağırır

2 dəq
Paylaş:
Fələstin rəsmiləri BMT-ni İsrailin təcavüzünü dayandırmağa çağırır

Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Abu bildirib ki, BMT Şurası İsrailin Fələstin xalqına qarşı hərtərəfli təcavüzünü dayandırmaq üçün təcili müdaxilə etməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyini məlumat yayıb.

"BMT Təhlükəsizlik Şurası İsrailin Fələstin xalqına qarşı hərtərəfli təcavüzünü və Fələstin qanının axıdılmasını dayandırmaq üçün təcili müdaxilə etməlidir”, - deyə Nabil Abu Rudeineh bildirib.

Rudeineh Fələstin-İsrail münaqişəsinin baş verdiyi bölgədə artan insidentə görə məsuliyyəti ABŞ-ın üzərinə qoyub. O, İsraili Şərqi Qüds də daxil olmaqla və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı hücumlarını və müharibəsini dayandırması üçün işğalçı hökumətə təzyiq göstərməyə çağırıb.

"İsrail və ABŞ administrasiyasının təcavüzü dayandırıb işğala son qoymaqdan başqa yolu yoxdur. Çünki bu təcavüz heç kimə sülh və təhlükəsizliklə nəticələnməyəcək. Hərbi həll yolları öz qeyri-adekvatlığını sübut etdi. Yeganə həll yolu işğala son qoymaqdır və biz də bunu edəcəyik. Fələstin xalqının hüquqa uyğun olaraq azadlıq və müstəqillik haqqını tanıyırıq", - deyə bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax