Operativ Məlumat Mərkəzi

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

2 dəq
Paylaş:
Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib

Məlum kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Katibliyindən məlumat verilib.

Bildirilib ki, mayın 27-də Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Mingəçevir su anbarında cari vəziyyətlə yerində tanış olub, daha sonra Komissiyanın iclası keçirilib.

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkədə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan diqqət yetirilən əsas istiqamətlərdən birini də Kür çayı üzərində kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları kompleksi təşkil edir.

Son vaxtlar Kür çayında su ehtiyatlarının artması ilə bağlı qeyd edilməlidir ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər nəzərə alınmaqla tənzimləmə prinsipi çərçivəsində sözügedən su anbarlarında suyun həcmi gündəlik nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax