Əsas məzmuna keç

Sosial xidmətlərlə təmin olunan qadınların sayı açıqlanıb

Sosial xidmətlərlə təmin olunan qadınların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Agentliyi hazırda 3 732 qadını formada olmaqla reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edir.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, onlardan 452-si Agentliyin sosial xidmət müəssisələrində dövlət himayəsində yaşayır.

Son illərdə reabilitasiya mərkəzləri kimi, sosial xidmət müəssisələri də əsaslı təmir olunaraq, yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı həmin müəssisələrdə sakinlərin sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və digər zəruri xidmətlərlə təminatı, onların sosial reabilitasiyası üçün işlər aparılır.

Qurum tərəfindən 3280 tənha ahıl və əlilliyi olan qadın isə evlərində (səyyar) sosial xidmətlə təmin edilir. Onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərilir.

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…