Əsas məzmuna keç

''Slovakiya yeni anti-Rusiya sanksiyalarını dəstəkləməyə hazırdır''

''Slovakiya yeni anti-Rusiya sanksiyalarını dəstəkləməyə hazırdır''

bu barədə xarici KİV məlumat yayıb. “Slovakiyanın tələbləri sammitin yekun sənədlərinə daxil edilərsə, Fiko açıq şəkildə Rusiyaya qarşı sanksiyaların...

Slovakiyanın Baş naziri Robert bəyan edib ki, ölkəsi cümə axşamı keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Slovakiyanın tələbləri sammitin yekun sənədlərinə daxil edilərsə, Fiko açıq şəkildə Rusiyaya qarşı sanksiyaların lehinə çıxacaq”, – məlumatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Fiko bəyan etmişdi: Avropa Komissiyası elektrik enerjisinin qiymətləri ilə bağlı yaranmış vəziyyətə konkret təklif etməzsə, Slovakiya yeni sanksiyalar paketinə dəstək verməyəcək.

Baş nazirin sözlərinə görə, Aİ-nin effektiv cavab vermək və praktiki həll yolları tapmaq qabiliyyəti Slovakiyanın gələcəkdə anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyinə birbaşa təsir edəcək. Fiko, həmçinin, Aİ-ni Ukraynadakı münaqişənin yolu ilə həllində daha fəal rol almağa çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…