Əsas məzmuna keç

Slovakiya ilk dəfə olaraq Ukraynaya minatəmizləmə avadanlıqları bağışlayacaq

Slovakiya ilk dəfə olaraq Ukraynaya minatəmizləmə avadanlıqları bağışlayacaq

Slovakiyanın daxili işlər naziri və koalisiyasına daxil olan “Səs – Sosial Demokratiya” partiyasının lideri Matus Şutaj-Eştok Slovakiyanın Ukraynaya ilk dəfə olaraq minatəmizləmə avadanlıqları göndərəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazir partiyanın ''Youtube'' kanalında yayımlanan videomüraciətində bildirib.

Nazirin sözlərinə görə, bu addım xarakter daşıyır və yardım kimi qiymətləndirilə bilməz. O, Slovakiyanın Ukraynaya vermək niyyətində olmadığını bir daha vurğulayıb:

“Biz Ukraynaya heç bir silah göndərməyəcəyik”, – deyə Şutaj-Eştok bildirib.

Qeyd edək ki, Slovakiya Ukraynaya bəzi hərbi avadanlıqlar göndərsə də, yeni hökumət bu siyasətə son qoyduğunu açıqlamışdı. Hazırda isə yalnız müdafiə və humanitar məqsədli texnika ilə məhdudlaşır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…