Operativ Məlumat Mərkəzi

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb

1 dəq
Paylaş:
Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı başlanıb.

"Report" xəbər verir ki, bu barədə rayon prokurorluğunun məlumatında deyilir.

Belə ki, avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax