Operativ Məlumat Mərkəzi

Siyəzənda qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır

1 dəq
Paylaş:
Siyəzənda qadının paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır

Şəxsin paraşütlə ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluğun xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın rayonu Zarat kəndində “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax