Operativ Məlumat Mərkəzi

Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək

2 dəq
Paylaş:
Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək

Nazirliyinin təşkilatçılığı ilə Ağstafa şəhər Mərkəzində 26 İyun - Silahlı Günü münasibətilə silsilə tədbirlər keçiriləcək.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, iyunun 25-də Fotoqraflar Birliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə "Zəfərin ruhu" adlı səyyar rəsm və fotosərgisi açılacaq. Saat 17:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək sərgidə Azərbaycan Ordusunun qəhrəmanlığını, xalqımıza bəxş etdiyi əbədi Zəfər ruhunu, Qarabağımızın gözəlliklərini əks etdirən əsərlər nümayiş olunacaq.

Həmin gün saat 20:00-da Heydər Əliyev Mərkəzinin həyətindəki açıq meydanında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası nəzdində Xalq çalğı alətləri orkestrinin konsert proqramı təqdim ediləcək. Həmçinin Ağstafa Heydər Əliyev Mərkəzində mədəniyyət nazirinin müavini, pianoçu, Xalq artisti Murad Hüseynov tərəfindən Uşaq İncəsənət Festivalının fortepiano nominasiyası üzrə qeydiyyatdan keçmiş iştirakçıları üçün ustad dərsinin təşkili nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax